Optimist və pessimist insan arasında olan 5 fərq


Digərləri 26 Okt 2019 19:20:00 310 0

Optimist və pessimist insan arasında olan 5 fərq

1. Optimist (yaxşı niyyətli) insanlar gələcəyə inanırlar. Onlar sabahın bu gündən daha yaxşı olacağına inanır və pis şeylər haqqında fikirləşmirlər. Onlar qarşılaşdıqları problemləri təbii sayır və bunu özlərinə dərd etmirlər. Xoş düşüncəli insanlar hər zaman inkişaf edir və pozitiv fikirləşirlər. Pessimist ( pis fikirləşən) insanlar isə öz həyatlarını nəzarət altına aldıqlarının hiss etməzlər. Onlar hər şeyin pisini fikirləşir və gələcəyin qorxusu ilə yaşayırlar. Keçmişdə baş verən pis hadisələri tez-tez yadlarına salır və pis xatirələrlə gələcəklərinə şübhə ilə yanaşırlar. 2. Optimistlər gələcəyə ümidlə baxar, pessimistlərsə qorxu ilə yanaşarlar. Pessimistlər gələcəyə inanmazlar. Onlar gələcəyə sevimsiz bir zaman kəsiyi kimi baxırlar, daima keçmişin pis xatirələri ilə yaşayırlar. Əgər siz də optimist olmaq istəyirsinizsə, siz də keçmişin çətinliklərindən dərs alın və yaxşı şeyləri xatırlayın. 3. Optimist insanlar özlərinə güvənirlər. Onlar həyatda başlarına nə gəlirsə gəlsin, hər şeyin yaxşı olacağına inanırlar. Pessimistlər isə"qara-qara"düşünərək həyatda bir qurban olduqlarını söyləyirlər. 4. Optimistlər hər şeyin mümkün olduğunu söyləyirlər, pessimistlər isə neqativ fikirləşərək "bir çox problemlərim" var deyə düşünürlər. 5. Xoş məramlı insanlar yaxşı bir ömür yaşayır, amma bəzən ömürləri qısa olur. Çünki onlar öz sağlıqlarına da ciddi yanaşmırlar. Pessimist adamlar isə daima hər şeyə şübhə ilə yanaşdıqlarına görə sağlıqlarına diqqət yetirirlər. Bunlardan aşağıdakı nəticəyə gəlmk olar: Nə çox yaxşı, nədə çox pis fikirli adam olmaq lazımdır. Həyat çox qısa olduğu üçün onu sevinc və könül xoşluğu ilə yaşamaq lazımdır. Son.az

(adsgarden = window.adsgarden || []).push({});