İranda qanunsuz ov edənə maraqlı cəza:


Digərləri 26 Okt 2019 18:33:00 234 0

İranda qanunsuz ov edənə maraqlı cəza:

İranın Tehran vilayətinin Firuzkuh rayonunda qanunsuz muflon ovu ilə məşğul olan şəxsə iki illik cəza verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran vilayətinin Firuzkuh rayonu Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Fərşad Firuzniya deyib.

F.Firuzniyanın sözlərinə görə, o, iki il müddətinə vəhşi heyvanları ayda 500 kq yemlə təmin edəcək.

İdarə rəsmisi əlavə edib ki, eyni zamanda həmin şəxs rayonun ətraf mühitin mühafizəsi əməkdaşlarının nəzarəti ilə rayonun qoruğunun tullantılarını təmizləyəcək.

(adsgarden = window.adsgarden || []).push({});