Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə… –


Digərləri 26 Okt 2019 19:05:00 271 0

Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə… –

Almacıq sümüyünün üstündə yerləşən gicgahlarda yaranan ağrının bir çox səbəbi ola bilər. Ağrının başlıca səbəbləri arasında yuxusuzluq, balanssız qidalanma, stress, narahatlıq, yüksək təzyiq və həddən artıq üzüntü yer alır. Ümumiyyətlə də gicgah ağrıyanda ilk növbədə ağla miqren xəstəliyi gəlir. Tək tərəfli gicgah bölgəsindəki ağrıların səbəbi miqren ola bilər.

Son.az gencaile.az-a istinadən bildirir ki, oxucuları gicgah ağrılarına səbəb olan amillərlə tanış edirik.

Miqren Ağrısı

Xroniki xəstəliyin ilk əlamətləri işığa qarşı həssaslıqdır. Eyni zamanda səs və qoxu alma həssaslığı artır. Stress, hormonal pozğunluq, hava və yuxu dəyişiklikləri, bəzi yemək və içkilər də miqren ağrılarını şiddətləndirir.

Miqren əlamətləri qısaca belədir:

Bulanıq görmə;

Ürək bulanması və qusma;

Baş gicəllənməsi;

Zehin bulanıqlığı;

İşığa və səsə qarşı həddindən artıq həssaslıq;

Gərginlik nəticəsində yaranan baş ağrısı

Cəmiyyətimizdə gərginlik nəticəsində yaranan baş ağrıları artıq adiləşib. Bu ağrı başda ağırlıq, təzyiq və sıxıntı hissi ilə özünü göstərir. Diqqət və müvazinət çatışmazlığı, boyun və boyun ağrısı da gərginliyin ilk əlamətləridir.

Ağrıya təkan verən amillər

Stress;

Yuxusuzluq;

İş mühiti;

Müalicəsində sadə ağrıkəsicilər, əzələ yumşaldıcı və ya rahatlatıcı antidepressantlar istifadə edilə bilər. Bu xəstəliyin müalicəsində psixoloji terapiyalar və əzələ yumşaldıcı texnikalar istifadə edilir.

Sinusit baş ağrısı

Sinusit adətən miqrenlə qarışdırılır. Göz və burun ətrafında şiddətli ağrılar, həmçinin burun tıxanması da bu narahatlığın əlamətləridir.

Klaster baş ağrısı

Bu tipli baş ağrıları gənc yaşdakı kişilərdə daha tez-tez görünür. Xəstəlik ümumiyyətlə göz və tək tərəfli gicgahda çox şiddətli ağrılarla özünü göstərir. Ağrı birdən başlayır və birdən ağrı kəsilir.

Adətən ilin ilk ayları günün eyni saatlarında təkrarlayan, 1 saata qədər davam edən ağrılardır. Klaster baş ağrısından əziyyət çəkən xəstələrdə tərləmə və hiperaktivlik tipik bir haldır.

Klaster baş ağrısı əlamətləri qısaca belədir

Bir gözün yan tərəfində qızartı;

Baş ağrısının hiss edildiyi yerdə şişlik;

Göz qapaqlarının gücsüzləş;

Baş ağrısının başı hərəkət etdirdikdə kəskinləşməməsi;

Hormonal miqren

Menstruasiya öncəsi - ortası -sonrası baş verən hücumlara hormonal miqren deyilir. Tipik miqren ağrıları və şişkinlik, əsəbilik, qarın ağrısı olur.

Xroniki baş ağrısı

Ayda 15 gündən çox müşahidə olunan baş ağrılarıdır. Bütün və ya yarım baş ağrısı, boyun-kürək ağrılarıdır. Yorğunluq, depressiya, aşırı duyğusallıq və üzüntü ilə özünü göstərir.

Gicgah ağrısı üçün təbii müalicə üsulları hansılardır?

Bəzən sağ gicgah ağrısı problemindən xilas olmaq üçün kifayət qədər yatmaq və ya qorxunu azaltmaq lazımdır. Ancaq sağ gicgah ağrısı problemini aradan qaldırmaq üçün digər üsullardan istifadə edə bilərsiniz.

Bitki yağlarının baş ağrılarına təsiri

Lavanda yağı;

Nanə yağı;

Çobanyastığı yağı;

Seçdiyiniz hər hansı yağı bir xörək qaşığı kokos və ya badam yağı ilə qarışdırıb sağ gicgah sümüyü üzərini masaj edin.

Gicgah ağrısına yaxşı təsir edən digər üsullar

Gicgah ağrısı problemini aradan qaldırmaq üçün faydalı ola biləcək başqa üsullar da var. Bu təbii müalicə üsulları aşağıdakılardır:

İlıq duş

İlıq duş əsəbləri rahatlaşdırır və baş ağrısının sakitləşməsinə köməkçi olar. Daha tez sağalmaq üçün suya bir neçə damcı lavanda yağı əlavə edərdiniz.

İsti və ya soyuq kompres

Sağ gicgah sümüyü üzərində isti və ya soyuq kompres sağ gicgah ağrısı probleminin aradan qaldırılmasında təsirlidir. İstilik gərginləşmiş əzələləri boşaldaraq baş və boyun bölgəsini rahatlaşdırır. Soyuqluq isə enflamasyonu azaldır.

Qəhvə və ya çay

Klaster tipli baş ağrıları və miqren ağrılarını qəhvə və çay içərək bir az yüngülləşdirmək mümkündür. Ekspertlər baş ağrısının adətən kofeinə cavab verdiyini bildirir.

Ağrıkəsici dərmanlar

Ağrı kəsici dərmanların yanaşı ibuprofenin təbii alternativlərini də istifadə edə bilərsiniz.

(adsgarden = window.adsgarden || []).push({});