Çilidə etirazlara qoşulanların sayı 1 milyona çatdı


Dünya 26 Okt 2019 18:12:00 279 0

Çilidə etirazlara qoşulanların sayı 1 milyona çatdı

Çilinin paytaxtı Santyaqoda etiraz aksiyasına qoşulanların sayı bir milyon nəfərə çatıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Santyaqo meri Karla Rubilar paylaşıb. O, etirazçıların özlərini çox sakit apardığını bildirib.

Rubilar şəhərdə baş verənləri "tarixi hadisə" adlandırıb.

Qeyd edək ki, Santyaqoda etirazlar metroda gediş haqlarının artırılmasına görə başlayıb.