Rusiya ABŞın Suriyada neft qaçaqmalçılığını sübut etdi


Dünya 26 Okt 2019 18:18:00 251 0

Rusiya ABŞın Suriyada neft qaçaqmalçılığını sübut etdi

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD terrorçularını məğlub etdikdən sonra Suriyadan neft çıxarıb ixrac etdiyini sübuta yetirən kosmik kəşfiyyat şəkillərini yayıb.

Son.az Azvision.az-a istinadən xəbər verir ki, nazirlik ABŞ hərbçilərinin himayəsi altında Suriyanın şərqindəki neft yataqlarından yanacaq daşıyan maşınların digər dövlətlərə qaçaq yollarla gətirildiyini bəyan edib.

"Belə karvanlara hər hansı hücum olarsa, dərhal onu qorumaq üçün xüsusi əməliyyat qüvvələri və ABŞ hərbi aviasiyası cəlb olunur", - deyə məlumatda bildirilib.

Həmçinin, neft istehsalının Qərbin aparıcı şirkətləri tərəfindən verilmiş avadanlıqlardan istifadə edilməklə həyata keçirildiyi vurğulanıb. Bir barel neftin dəyəri 38 ABŞ dollarıdır ki, aylıq gəlir də 30 milyon dollardan çoxdur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ qoşunlarının karbohidrogen yataqlarını Suriyanın özündən qoruması üçün heç bir qanuni əsas yoxdur.