Həssas qrupların kiçik biznesə çıxışında özünüməşğulluq proqramının roluna dair ictimai müzakirə təşkil olunub (FOTO)


Digərləri 26 Okt 2019 17:43:00 198 0

Həssas qrupların kiçik biznesə çıxışında özünüməşğulluq proqramının roluna dair ictimai müzakirə təşkil olunub (FOTO)

Həssas qrupların kiçik biznesə çıxışında özünüməşğulluq proqramının roluna dair ictimai müzakirə təşkil olunub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak ediblər. Trend-in məlumatına görə, tədbir Nazirliyin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən icra edilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində, nazirlik yanında İctimai Şuranın əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupu ilə birgə təşkil edilib. BAMF-ın Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində keçirilən tədbirdə nazirliyin müvafiq bölgə üzrə yerli qurumlarının əməkdaşları, İctimai Şuranın ayrı-ayrı üzvləri, layihə iştirakçıları, özünüməşğulluq proqramına müraciət edən həssas qrupların nümayəndələri və b. iştirak ediblər. İctimai müzakirədən əvvəl tədbir iştirakçıları Regional Peşə Təlim Mərkəzinin fəaliyyəti, burada hazırlanan əl işləri ilə tanış olublar. İctimai müzakirədə iştirak edən S.Babayev aparılan sosial islahatlar barədə maarifləndirmə işlərinin əhəmiyyətini, bu kimi tədbirlərin davam etdirilməsinin önəmini qeyd edib. O, nazirliyin müvafiq fəaliyyət sahələri üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq həyata keçirdiyini və tez-tez onlarla görüşlərin təşkil edildiyini, bu əməkdaşlıq müstəvisində qeyri-hökumət təşkilatlarından gələn rəy və təkliflərin daim diqqətdə saxlandığını qeyd edib. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramına əsasən aparılan islahatlardan bəhs edən nazir bu islahatlarda əsas məqsədin sosial müdafə tədbirlərinin gücləndirilməsi, dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında vətəndaş məmnunluğunun təminatı prinsipinə uyğun qurulması olduğunu vurğulayıb. O, özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətini, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılmasında, onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılmasında və sahibkarlığa keçid imkanı əldə etməsində xüsusi rolunu vurğulayıb. Bildirib ki, proqramın ildən-ilə xeyli genişləndirilməsi təmin edilir. 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla 7 mindən artıq insan bu proqrama cəlb edilib, bu il isə 10 minədək insanın proqrama cəlb edilməsi nəzərdə tutulub. Gələn il bu rəqəm yenə də artacaq. Bu ilin ötən dövründə özünüməşğulluq proqramı çərçivəsində artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrütaflarını qurmaları üçün aktivlər verilib və bu proses hazırda davam edir. Xüsusilə proqramın icrasında əliliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, məcburi köçkünlərin, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin iştirak səviyyəsinin daha da artırılması prioritetdir.