Çox işləyən bu dərdi tapır


Digərləri 26 Okt 2019 15:54:00 362 0

Çox işləyən bu dərdi tapır

Çox işləmək keçəlliyə səbəb olur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, çox işləmək keçəlliyə səbəb olur. Bu qənaətə Cənubi Koreyadan olan alimlər gəliblər.

Onların fikrincə, həftədə 52 saatdan çox işləyən kişilər iki dəfə tez keçəlləşirlər. Baxmayaraq ki, standart həftəlik iş saatı 40 saata qədərdir, bəzi işçilər ofisdə daha çox zaman keçirirlər. Koreyalı tibb işçiləri 20-59 yaşlı 13 min ölkə vətəndaşı üzərində araşdırma aparıblar. Araşdırmanın nəticələri göstərib ki, stress başın dərisinin hormonal dəyişməsinə səbəb olur. Bu da saç follikullarının zəifləməsinə səbəb olur. Nəticədə stressə görə immun sistem saç dibinə hücum edir.

Elm adamları keçəlliyin digər səbəbləri kimi siqaretçəkmə, qazanc və hərbi vəziyyəti də araşdırıblar. Ancaq müəyyən edilib ki, çox işləmək digər amillərdən daha çox təsir göstərir.

Buna görə də alimlər işəgötürənlərə məsləhət görürlər ki, 20-30 yaşlı kişiləri işə götürərkən onlara çox iş saatı verməsinlər.

(adsgarden = window.adsgarden || []).push({});