Rustürk razılaşması Avropanı qoruyur


Dünya 26 Okt 2019 16:00:00 240 0

Rustürk razılaşması Avropanı qoruyur

Türkiyə və Rusiyanın Suriyanın şimalı ilə bağlı razılaşması Avropa ölkələrinin mənafeyi ilə uyğundur.

Son.az Axar.az-a istinadən bildirir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Bu razılaşma əslində avropalıların xeyrinədir. Sərhəd terrorçuların müdaxilələrindən qorunur. Türkiyə Cümhuriyyətinin təhlükəsizliyi təmin olunur. Eyni zamanda, miqrantların Avropaya axınının qarşısını alırıq. Yəni, tamamən Avropanın mənafeyinə cavab verir", - deyə Kreml sözçüsü bildirib.