Tovuzda silahlı insidentin qarşısı alınıb,


Digərləri 26 Okt 2019 15:33:00 316 0

Tovuzda silahlı insidentin qarşısı alınıb,

Oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan "Makarov" markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılmış, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.