Nazir Avropa Olimpiya Komitələri 48ci Baş Assambleyasında çıxış edib FOTO


Digərləri 26 Okt 2019 14:51:00 256 0

Nazir Avropa Olimpiya Komitələri 48ci Baş Assambleyasında çıxış edib  FOTO

Polşanın Varşava şəhərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kociançiçin də qatıldığı tədbirdə nazir Azad Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub.

İlk olaraq  iyul ayında Bakıda gerçəkləşdirilmiş  15-ci Avropa Olimpiya Gənclər Festivalı haqqında danışan nazir, Bakının bu yarışa hazırlığı , görülmüş işlər, təşkilati məsələlər və  ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. Azad Rəhimov vurğulayıb: "Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu  yarış, 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 763 yerli və beynəlxalq texniki heyət oyunların həyata keçirilməsinə cəlb olundu.12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 Azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynadı."

Daha sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlarldan söz açan nazir Azad Rəhimov, ölkəmizdə ötən illər ərzində uğurla həyata keçrilmiş idman yarışları, bu yarışlara olan tamaşaçı marağı, idman arenalarının fəaliyyəti, idman siyasəti  və digər mühüm məsələlər barədə də söz açıb.

Könüllük hərəkatının da Azərbaycanda çox geniş vüsət aldığını diqqətə çatdıran nazir, hal hazırda tək idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Nazir bildirib ki, Avropa Olimpiya Gənclər Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olmuşdur.