9 ildir zirzəmidə "dünyanın sonu"nu gözləyən ailə tapıldı


Digərləri 26 Okt 2019 15:24:00 321 0

9 ildir zirzəmidə "dünyanın sonu"nu gözləyən ailə tapıldı

Hollandiyada bir evin zirzəmisində 9 ildir "dünyanın sonu"nu gözləyən ailə tapılıb. 

Son.az Moderator.az-a istinadən bildirir ki,Hollandiya mediasında yayılan xəbərlərə görə, Ruinervold adlı kənddə bir adam ilə 6 uşağının 9 ildir ətrafı ağaclarla bağlı olan bir ferma evinin zirzəmisində yaşadığı bildirilib.

Dünya və insanlarla münasibətlərini tamamilə kəsən ailənin fermada yetişən tərəvəz və sahib olduqları bir keçinin südü ilə həyatda qaldıqları bildirilib.

Evin sahibi olan adamın 58 yaşında olduğu uşaqlarının isə 16 ilə 25 yaşında olduqları bildirilən xəbərdə uşaqların dünyada özlərindən başqa insanların olub-olmadığına dair heç bir məlumatları olmadığı söylənilib.

(adsgarden = window.adsgarden || []).push({});