Baldızına göz dikən yazıçı: Saçından bir çəngə alıb…


Digərləri 26 Okt 2019 15:00:00 302 0

Baldızına göz dikən yazıçı: Saçından bir çəngə alıb…

İngilis yazıçısı Çarlz Dikkens 7 fevral 1812-ci ildə İngilitərədə doğulub. Onun çağdaşı və rəqibləri Edqar Allan Po və Uilyam Tekkereydir. Onun özüməxsus üslubu olub.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, uşaqlığı səfil, yoxsul və kədərli keçən Dikkens fabrikdə fəhlə işləyirdi.

Sonralar "Oliver Tvist" əsərində elə Dikkensvari bir həyatı qələmə alacaqdı. Onu gənc ikən ayaqqabı boyama fabrikinə göndərirlər, çünki atası Con 1824-cü ildə borca görə həbsə düşür. Gənc Çarlzın fabrikdəki işi ayaqqabı qablarının üzərinə etiket yapışdırmaq idi. Bu iş əziyyətsiz görünsə də, əslində gündə 10-12 saat çalışmağına rəğmən həftəyə 6 şillinq əmək haqqı alırdı.

Belə bir cəhənnəm həyatı keçirməsi, insan qürurunun tapdalayan mühitdə çalışması, fabrikdə işləyən köməksiz uşaqların durumu Dikkensi yazmağa sövq etdi.

Çarlz Dikkens qısa zaman kəsiyində məşhurluq qazandı. 24 yaşında çap olunun "Pikvikin sərgüzəştləri" əsəri bir gecədə ona şöhrət gətirərək ən çox satılan kitaba çevrildi. 1841-ci ildə Nyu-Yorkda antik əşyalar satılan mağazada 6 mindən çox oxucu onun kitabın almaq üçün sıraya düzülmüşdü.

Dikkens öz dövrünün Stiven Kinqi idi.

1858-ci ildə dərgilərdən biri Dikkens haqqında belə yazırdı: "Şöhrətinin daimi olacağını düşünmürük, uşaqlarımız onu və onun timsalında günümüzün romancılarını dağın təpəsinə qoyanda ciddi ədəbiyyatçıların, atalarımızın nə deməyə çalışdığını anlamayacaqlar".

Buna baxmayaraq, Tolstoy, Dostoyevski, Henri Ceyms Dikkensi Şekspirdən bu yana ən böyük ingilis yazıçısı hesab ediblər.

Çarlz Dikkens 1836-cı ildə bir qəzet redaktorunun qızı Katerin Hoqartla evləndi. Ancaq onun kiçik bacısına gözü düşdü. Hoqartın 17 yaşında Meri adlı bacısının saçından bir tutam kəsib götürdü, saçı balaca bir qutunun içində saxlamağa başladı. Qızın barmağındakı üzüklərdən birini çıxarıb öz barmağına taxdı və ömrünün sonuna kimi o üzüyü barmağından çıxarmadı.

Meri öldükdən sonra yazıçı onun bütün paltarlarını özündə saxladı. Arada bir o paltarları çıxarıb seyr edirdi. Hətta bir dəfə baldızı ilə eyni məzarda gömülmək istədiyini də dilə gətirmişdi. Merinin xəyalı uzun illər Dikkensin yaxasından əl çəkmədi. Onların arasında münasibətin olub-olmaması haqda məlumat yoxdur, gümanlara görə, bu duyğular platonik sevgidən o yana getməyib.

Çarlz Dikkens 1858-ci ildə evliliyə son qoydu. Özündən 27 yaş kiçik, 18 yaşlı aktrisa Ellen Ternan ilə vaxt keçirməyə başladı. Onların hətta bir övladları da dünyaya gəldi.

1865-ci ildə cütlük Fransadan Londona qayıdanda qatarda qəza baş verdi və Ellen Ternan suya düşdü. Ellen qəzada görünməsin deyə gizlicə oradan uzaqlaşdı.

(adsgarden = window.adsgarden || []).push({});