Azərbaycan Gimnastika Federasiyası Bakıda “TeamGym” üzrə kurslar təşkil edib (FOTO)


Digərləri 26 Okt 2019 14:22:36 206 0

Azərbaycan Gimnastika Federasiyası Bakıda “TeamGym” üzrə kurslar təşkil edib (FOTO)

Oktybarın 24-26-da Azərbaycan Gimnastika Federasiyası Bakıda yerli gimnast və məşqçilər üçün “TeamGym” üzrə kurslar keçirib

Bakı. Cani Babayeva - Oktybarın 24-26-da Azərbaycan Gimnastika Federasiyası Bakıda yerli gimnast və məşqçilər üçün “TeamGym” üzrə kurslar keçirib. Trend-in məlumatına görə, kursları İslandiyadan dəvət olunmuş mütəxəssislər – İris Svavarsdottir, İris Mist Maqnusdottir və Helqa Svana Olafsdottir aparıb. Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi İnara İsrafilbəyova bildirib ki, kurslar ölkəmizdə “TeamGym” komanda gimnastika növünün inkişaf etdirilməsi məqsədi ilə keçirilir: “TeamGym” Azərbaycanda yeni növdür, biz bununla ilyarımdır ki, məşğul oluruq. Ötən il Azərbaycan komandası Portuqaliyada keçirilmiş 12-ci Avropa çempionatında ilk dəfə iştirak edib. Kurslarda 40 nəfər – gimnastlar, məşqçilər və xoreoqraflar iştirak edir. Kurslarda bu növün qaydaları izah olunur və “TeamGym”lə bilavasitə məşğul olan idmançılar təlim keçir. Biz bu növü inkişaf etdirməklə 2020-ci ildə Danimarkada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırırıq”.