Yaponiyada minlərlə sərnişin aeroportda gecələdi


Dünya 26 Okt 2019 11:54:00 195 0

Yaponiyada minlərlə sərnişin aeroportda gecələdi

3000-dən çox sərnişin Yaponiyanın Narita aeroportunda gecələməyə məcbur qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna bir neçə gündür ki, aramsız yağan yağışların yaratdığı fəsadlar səbəb olub. Belə ki, güclü yağış aeroport ətrafında yolları yuyub, elektirkin verilişində fasilələr yaranıb.

Aeroport rəhbərliyi orada gecəlməyə məcbur olan sərnişinlərə isti yemək və örtük paylayıb.

Qeyd edək ki, Tiba rayonunda tüğyan edən güclü yağışların yaratdığı sürüşmələr nəticəsində 9 nəfər ölüb, 2 nəfər itkin düşüb.