Küveyt baş nazirinin müavini: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi struktur üçün uğurlu olacaq"


Siyasət 26 Okt 2019 11:24:00 339 0

Küveyt baş nazirinin müavini: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi struktur üçün uğurlu olacaq"

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi struktur üçün uğurlu olacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Küveyt baş nazirinin müavini Sabah əl-Xalid əl-Sabah deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı dünyada balansın yaradılmasında iştirak etməlidir:

"Daha interaktiv əməkdaşlıq təmin etmək lazımdır. Qarşılıqlı koordinasiyaya əsaslanan dünya düzəninin yaradılmasına gərək var".

Baş nazirin müavini onu da qeyd edib ki, Küveyt hər zaman Suriya böhranının hərbi həllinin olmadığını bəyan edir: "Ona görə də biz BMT-nin köməyi ilə böhranın həllini dəstəkləyirik".

Küveyt rəsmisinin sözlərinə görə, ölkəsi Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir.

Qeyd edək ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ötən gün Bakıda öz işinə başlayıb və bu gün davam edir. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının dünənki görüşündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib.

Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.