Birinci vitseprezident Mehriban Əliyeva İnstaqram səhifəsində Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə əlaqədar paylaşım edib


Siyasət 26 Okt 2019 11:49:00 308 0

Birinci vitseprezident Mehriban Əliyeva İnstaqram səhifəsində Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə əlaqədar paylaşım edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək".