Vəkilə necə və nə zaman müraciət etməli?


Digərləri 26 Okt 2019 11:39:00 301 0

Vəkilə necə və nə zaman müraciət etməli?

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Vəkilə necə və nə zaman müraciət etməli?" mövzusunda təlim keçirilib.

Son.az bildirir ki, Qazax Gənclər Mərkəzində reallaşan təlimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Şahin Hacıyev və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Hüquq məsləhətxanasının vəkili Rövşən Əhmədov keçiblər.

Burada gənclərə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, qanunvericilik, vəkillik təsisatının vəzifələri, vətəndaşların vəkilə müraciət qaydaları, məhkəmə-hüquq sistemində aparılan islahatlar və s. mövzular barədə geniş məlumat verilib. Həmçinin gəncləri maraqlandıran suallar cavablandırılıb.

(adsgarden = window.adsgarden || []).push({});