Meşə yanğınları səbəbindən avtomobil yolları bağlandı


Dünya 26 Okt 2019 09:14:00 235 0

Meşə yanğınları səbəbindən avtomobil yolları bağlandı

Meksikanın nəqliyyat və rabitə departamenti cümə günü Kaliforniyadakı güclü yanğınlar səbəbiylə bir sıra yolların bloklandığını bildirdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, son 24 saat ərzində bölgədə ən azı 45 yanğın, o cümlədən üç evin yanmasına səbəb olan böyük yanğın qeydə alınıb.

Yanğına qarşı mübarizədə xilasedicilərlə yanaşı, Meksikanın Müdafiə Nazirliyinin qüvvələri də iştirak edir.