Bakıda 14 yaşlı oğlan uşaq evindəki sığınacaqdan qaçdı


Digərləri 26 Okt 2019 10:54:00 352 0

Bakıda 14 yaşlı oğlan uşaq evindəki sığınacaqdan qaçdı

Bakıda uşaq yerləşdirildiyi sığınacaqdan qaçıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

"Şəfqət Nuru" Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki filialı olan "Nur" Uşaq Evindəki sığınacaqda saxlanılan 14 yaşlı Vlasov Fərid Ruslan oğlu oktyabrın 24-ü saat 13 radələrində sığınacaqdan qaçıb.

Faktla bağlı araşdırmalara başlanılıb.