Azərbaycanlı zəvvar Kərbəlada dünyasını dəyişdi


Digərləri 26 Okt 2019 10:56:00 269 0

Azərbaycanlı zəvvar Kərbəlada dünyasını dəyişdi

Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.

Bakı. Ceyhun Ələkəborv - Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib. Trend-in məlumatına görə, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa - Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişidiyi bildirilib. Bu barədə Trend-ə axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər vermişdik. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin