Rusiyanın Xalq artistinin “azərbaycanlı oğlu” Moskvada döyüldü


Digərləri 26 Okt 2019 09:19:00 316 0

Rusiyanın Xalq artistinin “azərbaycanlı oğlu” Moskvada döyüldü

Özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdankənar oğlu adlandıran 19 yaşlı azərbaycanlı aktyor Timur Əkbərov Moskvada küçədə döyülüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib. "Siz hər şeyə görə cavab verəcəksiniz.Tibbi ekspertizadan keçəcəyəm və ərizə yazacağam. Mən sizə nə pislik etmişəm? İşiniz-gücünüz yoxdur? Mən sizə mane oluram? Mən kimisə təhqir etmişəm? Bioloji atamı tanımağım günahdır?", - deyə Əkbərov qeyd edib.

Lakin Tsiskaridzenin "nikahdankənar oğlu"nun heç də bütün izləyiciləri onun həqiqətən də döyülməsinə inanmayıb. Onlar öz şərhlərində döyülmənin baş vermədiyini, aktyorun qrimdən istifadə etdiyini qeyd edib.

Həmçinin, T. Əkbərov tanımadığı insanlar tərəfindən aldığı hədə və təhqir dolu ismarıcların "skrinşot"larını paylaşıb: "Mən artıq bilmirəm nə edim, artıq hər şeydən bezmişəm".

(adsgarden = window.adsgarden || []).push({});