iPhone 11 ilə iPhone 11 Pro'nun suya dözümlülükləri yoxlanılıb VİDEO


Digərləri 26 Okt 2019 08:55:00 285 0

iPhone 11 ilə iPhone 11 Pro'nun suya dözümlülükləri yoxlanılıb  VİDEO

Daha güclü texniki göstəricilər, kameralar və bir qədər dəyişilmiş dizayndan əlavə olaraq iPhone 11 və iPhone 11 Pro modelləri əvvəlki modellər ilə müqayisədə daha dözümlü olublar. Apple şirkəti hələ təqdimat zamanı yeni iPhone modellərinin yüksək dərəcədə suya dözümlülük özəlliyinə sahib olduqlarını bildirmişdi. Bu məlumatı yoxlamaq üçün Cnet saytının jurnalistləri sualtı dronla birlikdə okeana yollanıblar. Qeyd etmək lazımdır ki, bütün yeni iPhone modelləri IP68 standartı üzrə sudan qorunmaya sahibdirlər. Rəsmi olaraq bu standart üzrə smartfonu 30 dəqiqə ərzində 1 metr dərinliyə salmaq olar.

Son.az technote.az-a istinadən bildirir ki, Apple isə bəyan edir ki, iPhone 11 modeli 30 dəqiqə ərzində 2 metr dərinliyə, iPhone 11 Pro və Pro Max modelləri isə ümumiyyətlə 4 metr dərinliyə dözə bilərlər. Jurnalistlər bu məlumatları ekstremal şəraitdə yoxlamaq qərarına gəliblər. Onlar özləri ilə qayıq və Sofar Ocean Technologies şirkətinin istehsalı olan Trident adlı idarə olunan sualtı dronu götürərək okeana yollanıblar. Sözügedən drona iPhone 11 və iPhone 11 Pro modelləri birləşdirilmişdi. Dron ilk öncə 4 metr dərinliyə enib və 30 dəqiqə həmin dərinlikdə qalıb. Nəticədə hər iki smartfon normal şəkildə çalışmağa davam edib. Növbəti mərhələdə smartfonlar 8 metr dərinliyə endirilib və 30 dəqiqə həmin dərinlikdə saxlanılıb.

Bu mərhələdə də nəticə eyni olub. Yəni smartfonlar normal çalışmağa davam ediblər. Son mərhələ olaraq jurnalistlər smartfonları 12 metr dərinliyə endiriblər. Təəccüblü görünsə də bu halda da smartfonlar normal şəkildə çalışmağa davam ediblər. Daha sonra smartfonlar təmizlənərək 3 sutka sönülü şəkildə saxlanılıb. Bu vasitə ilə jurnalisltər öyrənmək istəyirdilər ki, müəyyən müddətdən sonra smartfonlarda problemlər yaranacaq yoxsa yox. 3 gündən sonra smartfonları yandırıb ekranlarını, kameralarını, gövdələrini, şarj girişlərini yoxlayandan sonra məlum olub ki, smartfonlar heç bir zərər görməyiblər.

(adsgarden = window.adsgarden || []).push({});