Apache OpenOffice 4.1.7 bir ay ərzində 1.6 milyon dəfə yüklənilib


Digərləri 26 Okt 2019 08:35:00 298 0

Apache OpenOffice 4.1.7 bir ay ərzində 1.6 milyon dəfə yüklənilib

Apache OpenOffice adlı ofis paketinin tərtibatçıları bildiriblər ki, keçən ay təqdim edilmiş Apache OpenOffice 4.1.7 ofis paketi 1.6 milyon dəfə yüklənilib. Bu barədə Opennet.ru saytı xəbər verib. Yüklənmələrin 71%-i Windows əməliyyat sisteminin payına, 1%-i isə (17.000 yüklənmə) Linux əməliyyat sisteminin payına düşüb. Yüklənmələrin böyük hissəsi ABŞ, Almaniya, İtaliya, Fransa və Səudiyyə Ərəbistandan reallaşdırılıb.

Son.az technote.az-a istinadən bildirir ki, 2012-ci ilin may ayında ilk Apache OppenOffice versiyasınının işıq üzü görməsindən bu günə kimi ümumilikdə 294 milyon yüklənmə müşahidə edilib. 100 milyon yüklənmə göstəricisi 2014-cü ildə, 200 milyon yüklənmə göstəricisi isə 2016-cı ildə müşahidə edilmişdi .Layihənin dayandırılması və ümumiyytlə ləğv edilməsi vəziyyətində Apache OppenOffice paketlərinin məşhurluğu nəzərə çarpacaq dərəcədə qalır.

(adsgarden = window.adsgarden || []).push({});