Bu il dünya İT bazarında cüzi artım gözlənilir


Digərləri 26 Okt 2019 08:21:00 293 0

Bu il dünya İT bazarında cüzi artım gözlənilir

"Gartner" şirkəti dünya informasiya texnologiyaları (İT) bazarı üzrə 2019-cu ili və sonrakı iki ili əhatə edən yeni proqnoz dərc edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, göstərilən məlumatlarda data mərkəzləri üçün sistemlərin tədarükü, korporativ sinifli proqram təminatı və müxtəlif avadanlığın təchizatı, eləcə də İT sahəsində kommunikasiya və müxtəlif servislər üçün xərclər nəzərə alınıb.

Bildirilir ki, cari ildə qeyd olunan bazarın həcmi təqribən 3,7 trilyon dollar təşkil edəcək. Bu, ötən illə müqayisədə 0,4 faiz artıma bərabər olacaq.

2020-ci ildə artım tempi ardıcıl şəkildə artaraq 3,7 faiz təşkil edəcək. Proqnoz özünü doğruldacağı təqdirdə dünya İT bazarının həcmi 3,9 trilyon dollara çatacaq.

Şirkət ekspertlərinin fikrincə, 2021-ci ildə xərclər ötən illə müqayisədə 3,8 faiz artacaq. Nəticədə sahənin həcmi əlamətdar 4,0 trilyon dollarlıq həddi ötəcək.

(adsgarden = window.adsgarden || []).push({});