Unikal material hazırlanıb


Digərləri 26 Okt 2019 08:01:00 307 0

Unikal material hazırlanıb

Alimlər smartfonların insan toxunuşlarına reaksiya verməsinə imkan verən unikal material hazırlayıblar. İkiqat silikondan hazırlanmış material insan dərisini tamamilə imitasiya edə bilər.

Son.az ictnews.az-a istinadən bildirir ki, sözügedən materialın yaradıcılarının sözlərinə görə, süni dəri arasında xüsusi elektrod qatı yerləşən ikiqat silikondan hazırlanıb. Elektrod qatı çox həssas sensorlar olan ultra-nazik məftillərdən ibarətdir. Telefon belə materialdan hazırlanmış çexola salındıqda emosiyaları həmsöhbətə göndərmək üçün sensor ekrana toxunuşa ehtiyac yoxdur, bundan ötrü insan üçün ənənəvi üsullardan istifadə etmək olar. Tumarlama, qıdıqlama və ya qəzəbli şəkildə toxunuşu sistem belə emosiyalara uyğun smaylik kimi tanıyır.

Mühəndislər tərəfindən "Skin-On" kimi adlandırılmış qurğunu müxtəlif mobil qurğulara, həmçinin noutbukda sensor panellərə və daşınabilən cihazlara qoşmaq mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});