Qaranlıqda çəkiliş etmək üçün kamera təqdim edilib


Digərləri 26 Okt 2019 07:41:00 283 0

Qaranlıqda çəkiliş etmək üçün kamera təqdim edilib

"Fujifilm" şirkəti qaranlıqda fokuslana bilən "X-Pro3" adlı yeni güzgüsüz kamerasını təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, qurğunun korpusu titandan hazırlanmış xarici elementlərə malikdir. Kameranın sensor formatı APS-C, təsvir ölçüsü isə 26,1 meqapikseldir. Çəkilmiş şəkillərin emalı ilə "X-Processor 4" prosessoru məşğul olur. Kameranın avtofokus sistemi - 6 EV göstəricisinə kimi işıqlandırma ilə işləyir. İşığa həssaslıq göstəricisi ISO 80-51200 aralığındadır.

Qurğunun fırlanan ekranının diaqonalı 3,5 düymdür. Kamera HDR rejimini dəstəkləyir. Həmçinin "Fujifilm X-Pro3" kamerasında müxtəlif stillərin imitasiyası üçün öncədən müəyyənləşdirilmiş rejimlər (Velvia, Eterna, Monochrome, neqativ və eyni tonlu işıq) mövcuddur.

Qara rəngli versiyanın qiyməti 1800 dollar təşkil edir.

(adsgarden = window.adsgarden || []).push({});