Sənaye müəssisələrinin 50%dən çoxu hələ də...


Digərləri 26 Okt 2019 07:21:00 275 0

Sənaye müəssisələrinin 50%dən çoxu hələ də...

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməliyyat sistemlərinin idarəetməsi altında işləyir.

Son.az ictnews.az-a istinadən bildirir ki, sənaye şəbəkələrinin 62%-də "Windows" əməliyyat sisteminin "Windows XP" və "Windows 2000" kimi köhnə versiyalarının idarəetməsi altında işləyən qurğulardan istifadə edilir. Dəstəyi 2020-ci ilin yanvarında bitəcək "Windows 7" sistemini də nəzərə aldıqda bu göstərici 71% təşkil edir. Belə informasiya "CyberX" şirkətinin 2018-ci ilin oktyabrından 2019-cu ilin oktyabrınadək dünyanın 1800-dən çox şəbəkəsindən toplanmış məlumatlara əsaslanan "2020 Global IoT/ICS Risk Report" adlı hesabatında qeyd edilib.

"Windows"un köhnə versiyalarından istifadə şirkətləri ciddi riskə məruz qoyur, çünki cinayətkarlar boşluqların köməyi ilə sistemlərə müdaxilə edə bilərlər. Bu sistemlərdə informasiya və PoC-kodlar adətən ümumi girişdə yerləşdirilir. "Microsoft" təhlükəli boşluqlar üçün düzəlişlər çıxarsa belə bütün müəssisələr sənaye sistemlərində sözügedən düzəlişləri tətbiq edə bilməyəcək.

(adsgarden = window.adsgarden || []).push({});