Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb


Digərləri 26 Okt 2019 07:25:00 237 0

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hesabat dövründə respublika ərazisində təbii və texnogen mənşəli 14 min 192 hadisə baş verib. Bu da 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.

Həmin hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.