Günün qoroskopu: Spontan hadisələrə müdaxilə etməyin


Digərləri 26 Okt 2019 00:01:00 228 0

Günün qoroskopu: Spontan hadisələrə müdaxilə etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısı sadə olmayacaq. İşlərin öhdəsindən asanlıqla gəlmək mümkün deyil. Problemlərin həlli hesabladığınızdan artıq vaxt tələb edir. Planların dəyişdirilməsi ilə bağlı zərurət yaranacaq.

Danışıqlar gərgin keçəcək. İndiyədək dil tapdığınız insanlarla müzakirələrdə müəyyən çətinliklər yaşanacaq. Kompromis əldə etmək üçün səy göstərin.

Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil. Emosional fon əlverişsizdir. Nikbin olun, problemlərin qarşısından geri çəkilməyin. Ətrafınızda yaşanan hadisələrə laqeyd qalmayın.

Buğa - istənilən iş üçün əlverişli zamandır. Diqqətinizi cəmləyin, ağır və məşəqqətli saydığınız işləri təxirə salmayın. İşdə həmkarlarınızla münasibətlərdə həssas, qayğıkeş olun. Gərəkli nəticəyə minimal vaxt ərzində nail olmağa can atın. Ətrafınızdakı insanların rəğbətini qazanın.

Günün ikinci yarısı potensial sifarişçi və ya yeni iş yerinin sahibi ilə görüş, danışıqlar üçün sərfəlidir.

Planlaşdırılmamış səfərlər, qəfil olaylar olacaq. Yeni tanışlıqlar istisna deyil. Maliyyə problemlərini həll etmək, alış-veriş etmək olar.

Əkizlər - gün çətinliklərdən xali deyil. Kommersiya fəaliyyəti, anlaşmalar və sövdələşmələr üçün münasib zamandır. İşləriniz pul qazanmağa yönəlməlidir.

Sizin üçün önəmli işə və ya layihəyə pul yatırmağa hazır insanlar var.

Günün ikinci yarısında başlanacaq əməkdaşlıq qarşılıqlı sərfəli ola bilər.

Çoxdan həllini gözləyən şəxsi problemlərdən biri yenidən gündəmə gələcək. Bu gün həmin problemlərin həllini tapmaq və ya çıxış yolunu aramağın istiqamətini müəyyənləşdirmək imkanları var.

Şəxsi münasibətlərdə təşəbbüslərlə bağlı ehtiyatlı davranın. Ünsiyyətdə təkəbbürlü və inadkar olmayın.

Xərçəng - sizə bir zamanlar yardım etmiş insanları unumayın. Çətin vəziyyət yaranarsa, onlar yenə də sizə kömək edəcəklər. Birgə layihələrə qatılmaq və danışıqlar aparmaq üçün pis zaman deyil. Diqqətli, qayğıkeş olsanız, qarşınıza qoyduğunuz məqsədə daha tez çata bilərsiniz.

Günün ikinci yarısında əhəmiyyətli irəliləyiş və ya böyük uğur olacağını gözləməyin. Köhnə problemlər yenidən qayıdacaq, yeni çətinliklər yaranacaq.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir - istənilən nəticənin əldə olunması üçün ciddi səy göstərməyə hazır olun. Yalnız sizə əsla gərəkməyən işlərdə asanlıqla irəliləyə bilərsiniz. İşdə və evdə sərt fikir ayrılıqları, ixtilaflar istisna deyil.

Mövqeləriniz heç bir yerdə dərhal anlayışla qarşılanmayacaq. Sərt mübahisə etməyin, inadkar olmayın.

Günün ikinci yarısında ciddi uğurlara nail ola bilərsiniz. Rəğbət bəslədiyiniz insanla təmaslarda sayğılı davranın. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Qız - mühüm işləri təxirə salmayın. Günün ilk yarısından etibarən önəmli məsələlərin həllinə başlayın. Aktiv və enerjili olun. Əhvalınızı stabil edin. Müşküllər, çətinliklər, xoşagəlməz əhvalatlar bədbinliyə qapılmaq üçün səbəb deyil.

Yeni tanışlardan biri ilə əməkdaşlıq etmək, fərqli tərəfdaşlığın təməlini qoymaq olar.

Günün ikinci yarısında ailə qayğıları və məişət problemləri artacaq. Həddən ziyadə şübhəli olmayın. Ən kiçik olay sizə fövqəladə hadisə təsiri bağışlamasın.

Yaxınlarınıza diqqətlə yanaşın, münaqişələri rüşeym halında çözün.

Tərəzi - günün ilk yarısı uğurlu olacaq. Şanslar və imkanlar gözləntilərinizdən də artıqdır. Xoş sürprzlər istisna deyil.

(adsgarden = window.adsgarden || []).push({});