Xanımların istifadə etdiyi bu linzalar korluğa aparıb çıxarır


Digərləri 25 Okt 2019 23:39:00 434 0

Xanımların istifadə etdiyi bu linzalar korluğa aparıb çıxarır

Göz insan orqanizminin ən mühüm və həssas duyğu orqanlarındandır. İnsan gözü təxminən 5 milyon rəng çalarını qavramaq gücünə malikdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova görmə problemləri ilə əlaqədar deyib: "Gözdə olan başlıca problemlər istifadə olunan ekran, planşet, kompüter, telefon və onlardan düzgün istifadə olunması ilə əlaqədardır. Ona görə də gözün gigiyenasına düzgün əməl edilməlidir. Dərs yükünün çoxluğu, üstəgəl telefon və planşetlərin uşaqlara verilməsi onlarda normadan daha çox gözün yaxın məsafəyə baxmasına səbəb olur və uzağı görmə problemi yaranır".

Gözlər iki növ fotoreseptorlardan ibarətdir: yüksək həssas çubuqlar və onlardan daha az həssas konuslar. Onların sayəsində insan həm gecə, həm də gündüz ətrafı aydın görə bilir. Halbuki ən son model fotoaparatlar onlardan yalnız birini uğurla həyata keçirir.

Həkim-oftalmoloq xəbərdarlıq edib: "Xanımların daha çox istifadə etdiyi, texniki göstərişlərini və xüsusiyyətini nəzərə almadan istifadə etdiyi linzalar qeyri-peşəkar yanaşma nəticəsində korluğa aparıb çıxarır. Lazer aparatlarından istifadə zamanı mütləq qoruyucu eynək taxılmalıdır".

(adsgarden = window.adsgarden || []).push({});