Azərbaycan nefti bahalaşıb


Digərləri 25 Okt 2019 23:30:00 400 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 65,66 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.