Apteklərdən aldığınız bu dərmanlar təhlükəli ola bilər Hansı xəstələrə olmaz?


Digərləri 25 Okt 2019 23:05:00 495 0

Apteklərdən aldığınız bu dərmanlar təhlükəli ola bilər  Hansı xəstələrə olmaz?

İnsanların qızdırma və ağrı zamanı üz tutduqları, artıq klassikaya çevrilmiş metodlar, dərmanlar, qızdırmasalıcı və ağrıkəsicilər  əslində orqanizminizə ciddi zərbə vurub, təhlükəli vəziyyət yarada bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, hazırda menstruasiya ağrılarından tutmuş baş ağrısı, qrip, artrit, adi halsızlıqda belə dərhal qeyri-steroid iltihab əleyhinə dərmanlar ən çox alınıb istifadə edilir. Aptekə girən kimi bu dərmanları tövsiyyə edirlər.

Reseptsiz satılan  ibuprofen, parasetamol, diklofenak, indometisin, nimesil, naproksen, aspirin - təkcə tablet şəklində yox, iynə, maz, şam formasında da olur. 

Kimlərdə adi ağrıkəsici əks effekt verib, təhlükə yarada bilər?

Ümumdünya Səhiyyə Təşkilatı həkimsiz və reseptsiz bu qrup insanların belə dərmanları qəbul etməsini tövsiyyə etmir:

-Astmalı xəstələr -65 yaşdan yuxarı yaşlılar -Mədəsində şiş, xora, yara olanlar -Qaraciyər, böyrək, təzyiq və bağırsaq problemi olanlar -Hamilələr, südverənlər

Uzun müddət bu tərkibli dərmanları böyük dozlarla qəbul etmək çox təhlükələr yaradır.

(adsgarden = window.adsgarden || []).push({});