Qanazlığı, qəbizlik, yüksək təzyiqi müalicə edən meyvə qurusu Hər gün 56 dənə yeyin!


Digərləri 25 Okt 2019 22:40:00 483 0

Qanazlığı, qəbizlik, yüksək təzyiqi müalicə edən meyvə qurusu  Hər gün 56 dənə yeyin!

Ərik qurusu ən faydalı meyvə qurularından biridir. Ərik qurusunda təzə əriklə müqayisədə faydalı maddələr daha çoxdur.

Ərik qurusu beta-karotin (orqanizmdə A vitamininə çevrilir), dəmir, kalium, maqnezium, fosfor, orqanik turşular, pektinlə zəngindir.  

Pektin sayəsində ərik qurusu orqanizmdən radionuklidləri və ağır metalları xaric edir. Pektin bağırsaqlarda bu ziyanlı maddələri özünə birləşdirir və orqanizmdən xaric edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ərik qurusu dəmirlə zəngindir və bu səbəbdən qanazlığı zamanı çox faydalıdır. 100 qr ərik qurusunda 250 qr qaraciyərdə olduğu qədər dəmir var.

Ərik qurusu ürəyin ən sevimli məhsuludur. Onun tərkibində olan kalium və maqnezium ürəyin və damarların normal fəaliyyətini təmin edir, ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə yardım edir.

Maqnezium sinir sistemi üçün ən faydalı minerallardan biridir - sinir sistemini sakitləşdirir, stressi və gərginliyi azaldır.

Ərik qurusu bağırsaqların fəaliyyətinə də çox yaxşı təsir edir, qəbizliyin qarşısını alır. Mütəxəssislər qəbizlikdən əziyyət çəkənlərə səhər 5-6 ərik yeməyi və 1 stəkan su içməyi tövsiyə edirlər. Bu bağırsaqların peristaltikasını (hərəkətlilik) gücləndirir, bağırsaqların daha tez asan boşalmasını təmin edir.

Mütəxəssislər profilaktik məqsədlə hər gün 5-6 ərik qurusunu yeməyi tövsiyə edirlər.  

(adsgarden = window.adsgarden || []).push({});