Gənc Tamaşaçılar Teatrında “Şən Elf və cadugər”


Kriminal 25 Okt 2019 20:14:00 285 0

Gənc Tamaşaçılar Teatrında “Şən Elf və cadugər”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İngilis nağıllarının motivləri əsasında uşaqlar üçün "Şən Elf və cadugər" tamaşası hazırlanır.

Son.az xəbər verir ki, əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc və istedadlı aktrisa Ayla Osmanovadır.  Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidovdur, plastik həll Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edəcək bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.

Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova "Şən Elf v cadugər"in balacaları sevindirəcəyini söyləyib: "Daha öncələr də qurduğum uşaq tamaşalarında balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq niyyətim olub. Onların yerində olmağa, özümü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmışam. Uşaqlar hər zaman xeyirin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq."

Qeyd edək ki, yeni tamaşa dekabr ayında təhvil veriləcək.