Yemək yeyə, su içə bilmir Yüz mində bir görülən dəhşətli xəstəlik


Digərləri 25 Okt 2019 21:54:00 355 0

Yemək yeyə, su içə bilmir  Yüz mində bir görülən dəhşətli xəstəlik

21 yaşındakı Makenzi Lea, 10 yaşında olarkən dözülməz ağrıları başlayıb. Bir çox həkimə müraciət etsə də, onun ağrılarının səbəbi bilinmirdi. İllər sonra dözülməz ağrıların səbəbi ortaya çıxıb.

Son.az medicina.az-a istinadən bildirir ki, yüz mində bir görülən və xalq arasında "dəli edən xəstəlik" kimi adlandırılan trigeminal nevrologiya adlı xəstəlik 21 yaşlı qızın həyatını kabusa çevirib.

Xəstəlik səbəbindən gənc qız üçün makiyaj etmək, valideynlərini öpmək, dişlərini fırçalamaq, hətta su içmək belə onun üçün böyük əziyyətə səbəb olur. Valideynləri bildirir ki, 10 yaşında olarkən üzündə ağrılar yaranmağa başlayıb. 12 yaşında bu ağrılar artıb, lakin valideynləri qızlarının miqren olduğunu hesab edib.

Ancaq 2013-cü ildə makiyaj edərkən Leanın ağrıları o qədər dözülməz hala gəlib ki, o sanki öləcəyini hiss edib. Gecikmədən bir həkim gedib, amma əvvəlcə narahatlığın nə olduğunui müəyyən etmək mümükün olmayıb.

Həkimlər səfərbər olub Makenzinin xəstəliyinin nə olduğunu təyin etməyə çalışdılar. Saysız testlər, yararsız dərmanlar, miqren müalicəsi, antibiotiklər və allergiya dərmanları sınaqdan keçirilib. Ancaq onlar qəti bir diaqnoz əldə edilə bilməyib.

2014-cü ildə başqa bir həkim gənc qıza, "Trigeminal nevrologiya"diaqnozu verib. Bu xəstəlik, üzü əhatə edən nevroloji ağrıların bir növüdür.

"Trigeminal nevrologiya", trigeminal sinirin bir və ya daha çox qolu ilə əhatə olunan bölgədə inkişaf edən qəfil, ümumiyyətlə birtərəfli, şiddətli, şimşək kimi bir ağrıdır. Gənc qız dişlərini fırçalayarkən, danışarkən, yemək yeyəndə bu ani və dözülməz ağrının təsiri altına düşür.

(adsgarden = window.adsgarden || []).push({});