Bu tapıntı elm dünyasını silkələdi


Digərləri 25 Okt 2019 21:35:00 280 0

Bu tapıntı elm dünyasını silkələdi

Rusiyanın Komi Respublikasının Uxta bölgəsinin İjma çayı sahillərindən 372 milyon illik sümük tapılıb.

Son.az Axar.az-a istinadən bildirir ki, arxeoloqlar qalıqların Devon erasından qaldığını bildirib.

Elm adamlarına görə, quruda yaşayan ilk canlılar bu dövrdə yaranıb.

Su həyatından quruya keçən canlılar təkamül prosesi ilə dünyada yeni dövrün başlamasının əsasını qoyub. Bununla bağlı elm adamlarının əllərində çox az dəlillər var, bu baxımdan rusiyalı arxeoloqların kəşfi yeni sübutların ortaya çıxarılmasına yol aça bilər.

Məlumata görə, skelet qalıqlarının üzərində araşdırma aparan alimlər bunun indiki timsaha oxşadığını, lakin 372 milyon il əvvələ aid olduğunu açıqlayıb. Onurğalılar növünün ilk nümunəsi olduğu deyilən sümüklərin çıxarılması üçün uzun müddət cəhdlər edilib.

(adsgarden = window.adsgarden || []).push({});