“Bizim vaxtımızda köklük dəb idi” Nüşabə Ələsgərli


Şou-biznes 25 Okt 2019 20:34:00 291 0

“Bizim vaxtımızda köklük dəb idi”  Nüşabə Ələsgərli

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı əməkdar artist, müğənni Nüşabə Ələsgərli olub. Son.az xəbər verir ki, əməkdar artist keçmişlə indiki zamanı müqayisə edib: "İnsan istər-istəməz çəki atanda yaxşı görünür. Amma mən çox arıqlamağı da məsləhət görmürəm. Bizim zamanımızda kökəlmək dəb idi. Anam mənə deyirdi ki, kökəlməyib gəlsən səni gələn dəfə "pioner lager"ə qoymayacam. Məsələn, hansı qızın ayaqları nazik idisə deyirdilər ki, buna bax, qoşa nağara çubuğuna oxşayır. İndi kimin ayağı nazikdirsə o daha gözəl görünür".

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});