Azərbaycanla İordaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib (FOTO(


Digərləri 25 Okt 2019 21:03:00 228 0

Azərbaycanla İordaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib (FOTO(

Elmar Məmmədyarov İordaniyanın Xarici İşlər və Diaspor naziri Ayman Safadi ilə görüşüb.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspor naziri Ayman Safadi ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Nazir A.Safadi Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. Görüşdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər ətraflı şəkildə müzakirə olundu. Tərəflər, həmçinin Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin