Bakıda 30 yaşlı kişi zirzəmidə qətlə yetirildi


Digərləri 25 Okt 2019 20:49:00 259 0

Bakıda 30 yaşlı kişi zirzəmidə qətlə yetirildi

Bakıda zirzəmidə qətl hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının avtomobil qarajı üçün nəzərdə tutulan zirzəmisinin pilləkənində 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu ürəyindən bıçaqlanıb.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.