Bakıda 30 yaşlı kişi zirzəmidə qətlə yetirildi


Digərləri 25 Okt 2019 20:34:52 240 0

Bakıda 30 yaşlı kişi zirzəmidə qətlə yetirildi

Bakıda zirzəmidə qətl hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda zirzəmidə qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının avtomobil qarajı üçün nəzərdə tutulan zirzəmisinin pilləkənində 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu ürəyindən bıçaqlanıb. Yaralı hadisə yerində dünyasını dəyişib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qətlin kim tərəfindən və hansı şəraitdə öldürülməsi ilə bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin