Ölkəmizdə ikinci dəfə “Fantazia” mədəni irs festivalı keçiriləcək


Digərləri 25 Okt 2019 19:40:00 282 0

Ölkəmizdə ikinci dəfə “Fantazia” mədəni irs festivalı keçiriləcək

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-dən 15-dək Bakı, Gəncə və Qəbələnin Nic kəndində 2-ci “Fantazia” mədəni irs festivalı keçirəcək.

Bakı. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-dən 15-dək Bakı, Gəncə və Qəbələnin Nic kəndində 2-ci “Fantazia” mədəni irs festivalı keçirəcək. Mədəniyyət nazirliyindən Trend-ə bildirilib ki, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantazia” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival “Şərq tərəfdaşlığı”nın 10 illik yubileyi ilə üst-üstə düşür. Festival Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Hollandiya, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunacaq. Festival noyabrın 1-də Azərbaycan Fransız Universitetində təşkil olunacaq memarlıq irsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş pop-up muzeyin açılış tədbiri ilə başlayacaq, müxtəlif fotosərgilər, film nümayişləri, konsert və teatr tamaşaları, universitetdə ustad dərslərlə davam edəcək. Bu münasibətlə Bakıya 10-dan çox xarici qonaq gələcək. Festival çərçivəsində sərgilərin, debatların və film nümayişlərinin təşkili Gəncədə baş tutacaq. Qonaqlar, həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq Alban-Udi Mədəniyyət Günündə də iştirak edəcəklər. (adsgarden = window.adsgarden || []).push({}); Festival "The Landmark" otel və biznes mərkəzinin dəstəyi ilə keçirilir. Tədbirin rəsmi tərəfdaşları “YARAT” Müasir İncəsənət Məkanı, “Salaam Cinema”, Gəncə Şəhər İcra Hakimiyyəti, Alban-Udi Xristian dini icması, AEDOS, Barselona Casa Battlodur. Elmi tərəfdaşları KaFoskari Venesiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan-Fransız Universiteti, Gəncə Dövlət Universitetidir. “United Cultures” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müqavilə çərçivəsində təşkilati dəstək göstərir. Qeyd edək ki, festivalla bağlı oktyabrın 28-də “Landmark”da mətbuat konfransı keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin