Nazir müavini: "Müəllimdən şagirdlərə hörmətlə yanaşmaq və onları sevmək tələb olunur"


Digərləri 25 Okt 2019 18:49:00 313 0

Nazir müavini: "Müəllimdən şagirdlərə hörmətlə yanaşmaq və onları sevmək tələb olunur"

"Müəllimdən yüksək peşəkarlıq, mədəniyyət, öyrətmək, eyni zamanda, öyrənmək həvəsi, və şagirdlərə hörmətlə yanaşmaq, onları sevmək bacarığı tələb olunur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşündə deyib.

F.Qurbanov son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesindən danışıb və təhsil sahəsində həyata keçirilən islahatların bu İnkişafın nəticəsi olduğunu deyib.

Müəllimlik peşəsinə marağın ildən-ilə artdığına diqqət çəkən nazir müavini bu peşənin əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir müəllim şagirdinə qarşı həssas yanaşmalıdır.