Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsinin növbəti tədbiri Gürcüstanda keçiriləcək


Kriminal 25 Okt 2019 18:29:00 342 0

Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsinin növbəti tədbiri Gürcüstanda keçiriləcək

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə  Gürcüstan Dövlət Folklor Mərkəzi dəstəyi ilə  oktyabr ayının 29-da Gürcüstanda , Tbilisi şəhərində  "Azərbaycan(muğamlar, xalq mahnıları və təsniflər) və gürcü(folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda "Dəyirmi masa" keçiriləcək. 

Son.az xəbər verir ki, tədbirdə Tbilisi Dövlət Folklor Mərkəzinin, Tbilisi M.F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Gürcüstan Xalq Mahnı və Alətləri Muzeyinin, Tbilisi Dövlət Konservatoriyasının əməkdaşları Azərbaycan tərəfindən isə  BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, musiqişünas, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Muğam Televiziya Müsabiqəsi 2019 -un icraçısı  İlqar Fəhmi,  tədqiqatçı-alim Gülhüseyn Kazımlı məruzələrlə çıxış edəcəklər.

Layihənin bədii hissəsində Xalq artisti Mənsum İbrahimovun "Qarabağ" muğam qrupu, Gürcüstanın "Nanina" Qadın Xalq Çalğı Alətləri ansamblı, Etnocaz qrupu konsert proqramını təqdim edəcək.

Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.