Hemilton Meksikada Formula 1 üzrə altıqat dünya çempionu ola bilər
İdman 25 Okt 2019 17:22:00 196 0
Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton bu gün start götürəcək “Formula 1” üzrə Meksika Qran-prisində çempionluğunu erkən rəsmiləşdirə bilər.
Goal.az xəbər verir ki, altıncı dəfə bu titula yiyələnmək üçün 34 yaşlı britaniyalı pilotun ən yaxın izləyicisi Valtteri Bottasdan 14 xal çox toplaması lazımdır.
Hemilton hazırda 338 xalla liderdir. Onun finlandiyalı komanda yoldaşının 274 xalı var. “Üçlüy”ü 223 xalla İtaliya “Ferrari”sinin pilotu Şarl Lekler qapayır.
Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Ən tez dövrə vuran və yarışı “10-luq”da tamamlayan sürücü üçün isə əlavə 1 xal nəzərdə tutulub.
Qeyd edək ki, Lüis Hemilton 2008, 2014, 2015, 2017 və 2018-ci il mövsümlərində “Formula 1” üzrə dünya çempionatının qalibi olub. Bu gün Meksika Qran-prisində 2 sərbəst yürüş baş tutacaq. Oktabrın 26-da daha bir sərbəst yürüş və sıralama turu nəzərdə tutulub. Əsas yarış isə bazar günü olacaq və Bakı vaxtı ilə saat 23:10-da start götürəcək.
Rusiyanın Baş naziri Dmitri Medvedev Moskva vilayətindəki "Skolkovo&quo

"Dünya ictimaiyyəti birgə həll yolu tapmasa, bütün dövlətlər terro

"Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əm

"Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir o

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaş

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur

Bu gün Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı Səfirliyinin ölkəm

Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müd

Dünya ictimaiyyəti birgə həll yolu tapmasa, bütün dövlətlər terrordan

"İkili standartlar siyasətinə son qoyulmalıdır".
