Bakı sakini mənzilində ölü tapıldı


Digərləri 25 Okt 2019 17:24:00 292 0

Bakı sakini mənzilində ölü tapıldı

Paytaxtda mənzildə 71 yaşlı şəxsin meyiti tapılıb.

Bakı. Paytaxtda mənzildə 71 yaşlı şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Əsgərov Tofiq Surxay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin