Əlcəzair Prezidenti: "Münaqişələr terrorun yayılmasına yol açır"


Siyasət 25 Okt 2019 17:11:00 283 0

Əlcəzair Prezidenti: "Münaqişələr terrorun yayılmasına yol açır"

"Dünya ictimaiyyəti birgə həll yolu tapmasa, bütün dövlətlər terrordan əziyyət çəkəcək".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Əlcəzair Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

Prezident qeyd edib ki, münaqişələr terrorçuluğun yayılmasına yol açır: "Əlcəzair həmişə Qoşulmama Hərəkatına üzv dövlətlərə dəstək verib. Biz Qərbi Saxara xalqlarına da dəstək verilməsini istəyirik. Qərbi Saxara ilə bağlı BMT-nin məruzəçisinin təyin edilməsini dəstəkləmişdik. Biz Qoşulmama Hərəkatına üzv dövlətlərdən Qərbi Saxarada xalqın öz müqəddəratını təyin edilməsini dəstəkləməyi xahiş edirik".

Əlcəzair Prezidenti ölkəsinin sülhü dəstəklədiyini vurğulayıb: "Biz Bandunq prinsiplərinə sadiq olmalı, mübarizəmizdə dinc vasitələrdən istifadə etməliyik".