Əli Əsədov rusiyalı həmkarı ilə danışıqlar aparıb


Siyasət 25 Okt 2019 17:14:00 313 0

Əli Əsədov rusiyalı həmkarı ilə danışıqlar aparıb

Rusiyanın Baş naziri Dmitri Medvedev Moskva vilayətindəki "Skolkovo" texnoparkında Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, D.Medvedev azərbaycanlı həmkarına yeni vəzifədə uğurlar arzulayıb.

Rusiyalı nazir iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb:

"Onu demək kifayətdir ki, bu ilin səkkiz ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 25 faiz artıb. Bu, digər MDB ölkələri ilə müqayisədə ən yaxşı göstəricidir".

Öz növbəsində Ə.Əsədov ümidvar olduğunu bildirib ki, "Skolkovo" innovasiyalar mərkəzində yaradılan layihə və innovasiyalar ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əsaslarda istifadə olunacaq.