Tovuzda evdən 8 min manatlıq qızıl oğurlanıb


Digərləri 25 Okt 2019 17:19:37 315 0

Tovuzda evdən 8 min manatlıq qızıl oğurlanıb

Faktla bağlı araşdırmalar aparılır.

Bakı. Tovuzda evdən 8 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan 8000 manat dəyərində qızıl-zinyət əşyaları oğurladığını bildirib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini, Ayaz Qasımov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırmalar aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin