Bakıda səfirlik maşını “Range Rover”lə toqquşdu


Digərləri 25 Okt 2019 17:07:00 326 0

Bakıda səfirlik maşını “Range Rover”lə toqquşdu

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-ü Xətai rayonu, Gəncə prospektində baş verib. İraq Səfirliyində sürücü işləyən, 1981-ci il təvəllüdlü Daşqın Muradov idarə etdiyi və səfirliyə məxsus olan "GMC" markalı avtomobillə 1996-ci il təvəllüdlü Fazilə Əsədullayevanın idarə etdiyi "Range Rover" markalı maşını arxadan vurub. 

Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.