Əlcəzair Prezidenti: Münaqişələr terrorun yayılmasına yol açır


Digərləri 25 Okt 2019 17:00:00 255 0

Əlcəzair Prezidenti: Münaqişələr terrorun yayılmasına yol açır

Dünya ictimaiyyəti birgə həll yolu tapmasa, bütün dövlətlər terrordan əziyyət çəkəcək.

Bakı. Elçin Mehdiyev - Dünya ictimaiyyəti birgə həll yolu tapmasa, bütün dövlətlər terrordan əziyyət çəkəcək. Trend-in məlumatına görə, bunu Əlcəzair Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib. Prezident qeyd edib ki, münaqişələr terrorçuluğun yayılmasına yol açır: “Əlcəzair həmişə Qoşulmama Hərəkatına üzv dövlətlərə dəstək verib. Biz Qərbi Saxara xalqlarına da dəstək verilməsini istəyirik. Qərbi Saxara ilə bağlı BMT-nin məruzəçisinin təyin edilməsini dəstəkləmişdik. Biz Qoşulmama Hərəkatına üzv dövlətlərdən Qərbi Saxarada xalqın öz müqəddəratını təyin edilməsini dəstəkləməyi xahiş edirik”. Əlcəzair Prezidenti ölkəsinin sülhü dəstəklədiyini vurğulayıb: “Biz Bandunq prinsiplərinə sadiq olmalı, mübarizəmizdə dinc vasitələrdən istifadə etməliyik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin